windows Media Player Winamp QuickTime Real Player
Home | Siyasət | ADAPP nın Aylıq Hesabatı - Oktyabr 2009

ADAPP nın Aylıq Hesabatı - Oktyabr 2009

image

İranda Azərbaycanlılar əleyhinə həyata keçirilən insan hüquqları pozuntuları 2009-cu ilin Oktyabr ayında da davam etdi; Azərbaycanlıların dil və milli istəkləri hələ də dövlət tərəfidən rədd edilməkdədir, Azərbaycanlılara öz dillərində kültürəl mərasimlər keçirmək üçün izin verilməməkdədir, mərasimlərdə Azərbaycan simbollarını işlədənlər təhlükəsilik məmurlaranın basqısına məruz qalırlar, əsassız və öz xoşuna şəkildə həbslər təkrar həyata keçirilr, həbsə alınanlar işgəncə və çeşidli basqılara məruz qalıb və tutuqlamaların çoxunda məhbusun haraya aparıldığı və hansı səbəbə görə tutulduğu ilə bağlı bilgi verilməyib, vəkillə təmin olma və ailə ilə görüş haqqları onlardan alınır. Bunlardan əlavə, İran dövləti Azərbaycan bölgələrində olan mədənlərdə sağlıq və güvənlik şərtlərini həyata keçirmədən sürətli əməliyatları dəvam etməkdədir. Bu əməliyyat şivələri Azərbaycanlı işçilərə zərərlə birlikdə ətraf mühitə zərər verib və çeşidli xəstəlikləri ortaya çıxartmaqdadır.

Azərbaycanlı  fəallar gözaltına alınıb

Nəvid Meşkat, Mədinə Qasimi, Aydın Tağıpur, Məhəmməd Məhəmmədli və  Cavad Ramazan 2009 Oktyabrın 23-də Təbrizdə tutulub və  üç gün gözaltında saxlandıqdan sonra sərbəst buraxılıblar. Bu fəallar Azərbaycanlı tanınmış fəal Qulamrza Amani’nin vəfatının ildönümü mərasiminə qatılanda, Türk dilində plakart götürüb və Azərbaycan  milli marşlarını oxuduqları üçün tutulmuşdular. Təhlükəsilik gücləri Amani ailəsinə ildönümü mərasimi keçirməsinlər deyə təhdid etmişdilər.

Mədinə  Qasimi daha öncə 2008 Dekabrın 10-da Urmiyə şəhrində  tutulub və 25 gün sonra sərbəst buraxılmışdı. Daha sonra mühakimə olan Qasimi, təxirə salınan iki il həbsə  məhkum edilmişdi. 

Azərbaycanlı  hüquq müdafiəçisi və sabiq siyasi məhbus Qulamrza Amani bir il öncə şübhəli avtomobil qəzasında iki qardaşı ilə birlikdə həyatın itirdi. Bəzi Azərbaycanlı fəallar Amani’nin dövlət tərəfindən planlanmış qəzada öldürüldüyünü deyirlər.

Azərbaycanlı  siyasi məhbus Əli Hüseynnijad Əsl 2009 Sentyabrın 26-da məzuniyyət günlərində zindandan eşikdə olduğu zaman Azərbaycanın Makı şəhərində gözaltına alındı. Hüseynnijad’ın evini təftiş edən təhlükəsizlik gücləri onun CDləri, bilgisayarı və başqa əşyalarını apardılar. Bu fəal iki sorğu-sualdan sonra Urumiyə təhlükəsizlik ofisinə göndərilib. Hüsennijada vəkillə təmin olma və ailəsi ilə görüş haqqı veriləmyib. Ayrıca onun tutulmasının nədəni də yaxınlarına bildirilməyib.

Əli Hüseynnijad Əsl 2007 May ayında tutulub və Azərbaycanlıları “İran” qəzetində nəşr edilən və Azərbaycan Türklərini aşağılayan karikatür əleyhinə keçirilən mitingə dəvət etdiyi üçün “rejim əleyhinə təbliğat” ittihamı ilə günahlandırılmışdı. Ona 8 ay həbs cəzası verilmişdi. 

Xoy şəhrinin İnqilab məhkəməsi daha öncələr Əli Hüseynnijada verilən nağd cəzanı həbs cəzasına çevirdi. Yeni höküm birinci 18 ay birinci hökmü verdikdən sonra verilib. Yeni hökmə  görə Hüseynnijad rejim əleyhinə olan Pan-Türk bir quruha çalışdığı üçün “rejim əleyinə təbliğat”  ilə günahlandırıləb və ona 10 ay həbs cəzası  verilib. O daha öncə 50 milyin Riyal nağd cəzasına məhkum olmuşdu.

İran yasalarına görə hakimin əyalət məhkəməsi tərfindən verilən hökmü dəyişdirməyə haqqı yoxdur.

Azərbaycanlə  mədəni fəal zindana göndərilib

Azərbaycanlı  mədəni fəallar Vədud Səadəti və Behruz Əlizadə və  Azərbaycanlı jurnalist Rəhim Qulami 2009 Oktyabrın 28-də  tutulub və daha öncə onlara verilən bir il həbs cəzasını  çəkmək üçün Ərdəbil zindanına göndəriliblər. Bu fəallar daha öncə 2008 Aprelin 10-da tutulub və 20 gün  işgəncə edilərək gözaltında saxlandıqdan sonra vəsiqə qarşılığında sərbəst buraxılmışdılar. Gözaltında olduqları zaman, yalan etiraflar almaq üçün, onlar elektrik şok verilmiş, uzun zaman yuxusuz tutdurulmuş və ağır vəziyətdə döyülmüşdülər.

Birinci məhkəmədə  onlara verilən 5 il həbs və qamçı cəzası apellyasiya (təmyiz) məhkəməsində bir il həbs cəzasına düşürülmüşdür.

Sərbəst buraxılan fəallar

16 Sentyabr günü ailəsini ziyarət etmək üçün Türkiyədən  Ərdəbil şəhərinə getdiyi zaman həbs edilən Azərbaycanlı  jurnalist və öyrənci aktivist Umud Şükri 31 gün boyunca gözaltında saxlandıqdan sonra 300 Milyon Riyal ($30,000) vəsiqə qarşılığında sərbəst buraxılıb.

Dövlət məsullarının dediyinə görə, Umud Şükri, rejim əleyhinə fəaliyət edən quruhlarla irtibat, Sayan adında öyrənci dərgisini yaymaq, telfon ilə Türkcə məsaj göndərmək və Pan-Türkist şəxslərlə dostluq kimi ittihamlar üçün tutulmuşdur. Şükri həbs zamanında vəkillə təmin olmamış və ailəsi ilə  görüşməmişdir.

2009 İyulun 13-də Təbriz Təhlükəsizlik məmurları tərəfindən  öz evində tutuqlanan Azərbaycanlı yazıçı və  Türk dili öyrətməni Həsən Əbdullahi (Umudoğlu) 2009 Oktyabrın 13-də 200 Milyon Riyal ($20,000) vəsiqə qarşılığında sərbəst buraxılmışdır. 

yazıçı  Azərbaycanlıların kültürəl və dil hüquqları ilə  bağlı CD’lər yaymaqla “milli güvənlik əleyhinə  fəaliyyət edən quruluş qurmaq” ittihami ilə mühakimə  ediləcək.

2009 Avqustun 17-də İran təhlükəsizlik məmurları tərəfindən mağazasında gözaltına alınan Azərbaycanın Zərrinava (Zərrin Abad) şəhrində  yaşayan şair və yazar Məhbub Budağı 70 gün gözaltında saxlandıqdan sonra 200 Milyon Riyal ($20,000) vəsiqə qarşılığında sərbəst buraxılıb.

Budağı rejimi və İran iqtidarını devirmək istəyən bir quruha çalışmaqla günahlandırılr. Bu günahlandırmalar Budağının 2003 ilində  Azərbaycanlıların Babək qalası qurultayı ilı bağlı  fəaliyəti, onun şerləri və işkəncə altında verdiyi etirafların təməlinə dayanmaqdadır.

Şair tutulduqdan sonra evi axtarılmış və məmurlar onun bəzi əşyaları və  əl-yazmalarına əl qoymuşdular. Budağı gözaltındaykən vəkillə təmin olmadı və ailəsi ilə görüşmək imkanı onun üçün sağlanmadı.

Sentyabrın 21-də, Təbrizdə, İran təhlükəsizlik məmurları tərəfindən həbsə alınan Azərbaycanlı jurnalist yazar Həsən  Ərk və siyasi aktivist İbrahim Dəşti 300 Milyon və 500 Milyon riyal vəsiqə qarşılığında sərbəst buraxılıblar.

Bu fəallar, “rejim əleyhinə təbliğat” “milli təhlükəsizlik əleyhinə olan təşkilatda üyəlik” və həmçinin “GünazTV” ilə müsahibə üçün “milli təhlükəsizlik əleyhinə təşəbbüs" kimi ittihamlardan dolayı həbs edilmişdilər.

Azərbaycan Türkcəsində Dünya Uşaqlar Günü  Mərasiminin keçirilməsinə  izin verilməyib

İran dövləti Azərbaycanlılara öz milli və kültürəl mərasimlərini keçirmək üçün izin verməyir. Belə bir mərasimləri organizə edən vəya onlarda iştirak etmək istəyən Azərbaycanlılar gözaltına alınır və ya ağır təhdidlərə məruz qalır. Son zamanlarda İran məqamları neçə milli mərasimin həyata keçirilməsini əngəlləyiblər; Dünya Ana Dili Günü, Babək Qalası İllik Qurultayı və Milli qəhrəman Səttarxanı anma mərasimi o cümlədəndirlər. Keçən ay isə, Zəncan şəhərində Azərbaycan Türkcəsində keçiriləcək olan Dünya Uşaqlar Günü mərasiminin keçirilməsinə izin verilmədi.

2009 Oktyabrın 9-da təhlükəsizlik gücləri Zəncanda bir uşaq bağçasında keçirilən bir mərasimə hücum edib, xoşgəldin və təbrik üçün yazılmış Türkcə plakatları yırtıb və uşaqlar bağçası məsullarını məkanı bağlayacaqlar şəklində  təhdid etməklə mərasimi ibtal etdirdilər. Təhlükəsizlik gücləri eləcə Türk və Fars dillində nəşr edilən aylıq “Bayram” dərgisinin yazıçılar şurası  üyələri Telnaz Neməti,  Davud Xudakərəmi və Bətul Qasimi’ni gözaltına aldılar. Gözaltına alınanlar bir gün sonrası  sərbəst buraxılıblar.

İranda Azərbaycanlı naşirlərnə məhdudiyyət

İranın Kültür nazirliyi Urmiyənin beynəlxalq kitab sərgisində Azərbaycan naşirlərinə təmsilçilik açmaq izni verməyiblər. “Yaran” və “Əxtər” nəşrləri Təbrizdən və “Pınar” nəşri Zəncandan izin almayan naşirlərin arasındadırlar. Beynəlxalq kitab sərgisi Urmiyada bir həftəlik keçirilir.

Tikab mədənlərində zəhərlənmək, sonsuzluq (qısırlıq) və  ölüm təhlükəsi

Batı  Azərbaycan əyalətinin güneyində yerləşən Tikab şəhərinin mədən fabrikalarinda sağlıq təhlükəsizlik şərtləri mövcüd deyil. Bu çatışmazlıqlar bölgəsəl (regional) problemlər və  çeşidli xəstəliklərin yayılmasına səbəb olub.

Son illərdə  genəl olaraq İran rejimi və İnqilab qoruqçuları (Sepah) ilə yaxın əlaqədə olan şirkətlər, qıssa dövr (ay) anlaşmalarıyla işçi alırlar ve iş sahibleri istedikləri zaman anlaşma ibtal ediləbilir. Sağlıqsız işləmə şərtləri səbəbindən xəstə olan işçilər hər hansı bir təzminat almadan işdən atılırlar. Sağlıq mərkəzləri isə xəstə  olan işcilərə tibbi rapor vermirlər.

Sianid zəhəri və Tikabda Ağdərə qızıl mədəni məsulların laqeydlilikləri mədən işçisi Səccad Qəmbəri’nin ölümünə səbəb olub. Qəmbəri üç il mədənin qızıl otağı və bir il sianid bölmesində çalışmışdı. Azərbaycanlı işçi son iki il ərzində sianid və civə çirklənmələri nədəni ilə həzm və psixoloji xəstəliklərindən acı çəkməkdəydi. Onun iş qanunlarına görə əməkli olması gərəkirkən, iş yerini dəyişdirmək istəyi belə iş müdürü tərəfindən rədd edilmişdi. Qəmbəri iş yerini dəyişdirmə istəyini məsullara bildirdikdən sonra onun sağlığına daha təhlikəli olan sianid bölmesinə göndərilmişdi. Mədən müdürləri digər işciləri onun ölümü ilə bağlı danışmamaqları üçün tədid ediblər və onun ölümü bir intihar olayı kimi göstərməyə çalışırlar.

Ağdərə  Mədəninin başqa işçisi, Behruz Yəzdani, sianid bölməsində  zəhərlənib və xəstə olduqdan  sonra işdən atılıb. Onun iş bölməsini dəyişdirməklə bağlı doktordan gələn təklifi rədd edən müdür, işçini işdən çıxardıb. Fabrik müdürləri ilə əlaqədə olan sağlıq mərkəzi məsulları Yəzdaniyə tibbi rapor vermeyiblər.Başqa bir hadisədə Ağdərə Qızıl Mədəninin qızıl otağında işləyən üç digər işçi (K. R., Y. M., and Q. A.) sonsuz (qısır) olublar. Məsullar onların haqlarını verməkdən imtina edina ediblər.

Ağdərə  mədəni işçilərinin dediyinə görə məsullar əski şivələrin daha ucuz olduğu üçün hələ də mədəndə sianid və civə işlədirlər. Ancaq bu yolun ucuz olduğuna baxmayaraq təhlikəlidir və işçilərə təlafi edilməz zərərlər verməkdən başqa ətraf mühiti kirlendirir və çeşidli xəstəliklərin yayılmasına səbəb olur. Bunlardan əlavə işçiləri qış fəslində işdən ayrılıb və Fars şəhərlərinə gedib işləməyə məcbur qalırlar.

Edam və Daşqalaq

Ölüm cəzasına məhkum olan Rəhim Məhəmmədi 2009 Oktyabrın 6-da edam edilib. Məhəmmədi ailəsi və vəkilinin xəbəri olmadan edam edildi. Rəhim Məhəmmədi və onun həyat yoldaşı Kibra Babayi zina günahlandırması nədəni ilə edam və daşqalaq cəzasına məhkum olmuşdular.

Vəkilin dediyinə  görə höküm daha öncə verilmişdi ancaq edam hökmü  ona bildirilmımişdi. Kibra Babayi isə daha sonra daşqalaq olacaq.

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
ANAZ 2009 in Cooperation with CrownStudio | Butun huquqlari qorunulmaqdadir. v4.1.5.1