Elektron Kitabxana
Azərbaycanda kitab.az adlı elektron kitabxana fəaliyyət göstərir. Layihə, Ekson Azərbaycan Əməliyyat Şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Layihəyə təşkilati dəstək Azərbaycan Dövlət İqtisad Universiteti, İREX/İATP təşkilatı və Gənclər İdman və Turizm nazirliyi tərəfindən göstərilmişdir.
Layihənin əsas məqsədi, Azərbaycanın aparıcı ali təhsil ocaqlarının kitabxanalarından və eləcə də Azərbaycan müəlliflərinin müxtəlif mövzularda və dillərdə olan kitablarından sərbəst istifadə üçün şərait yaratmaqdır.
Potensial istifadəçilər
Bütün təhsil almaq istəyən, tədqiqat aparan, öz biliklərinin artırılmasında maraqlı olan, o cümlədən tələbə, gənc alimlər, müxtəlif sahələr üzrə mütəxəssislər, professor və müəllimlər, müxtəlif şirkətlərin işçiləri və digəriləri, istənilən vaxtda və istənilən yerdə http://www.kitab.az saytının resurslarından istifadə edə bilərlər.
Eyni zamanda saytın imkanlarından kitab, monoqrafiya, elmi tədqiqat işləri müəllifləri və digər şəxslər də istifadə edə bilərlər. Onlara öz kitablarını elektron formada yerləşdirmək imkanı verilir. Kitabları saytda yerləşdirmək üçün, saytin Adminstratoruna müraciət edə bilərlər. Adminstratorla əlaqə yaratmaq üçün saytda göstərilmiş əlaqələrdən istifadə etmək olar.







del.icio.us
Digg