Azərbaycan Musiqisi
Azərbaycan musiqisi əsrlər boyu inkişaf etmişdir. Qədim Azərbaycan musiqisinin izləri müxtəlif arxeoloji qazıntılar nəticəsində aşkarlanmış abidələrdə, həmçinin Qobustan (eramızdan əvvəl 18-3 minilliklər) və Gəmiqayada (eramızdan əvvəl 3-1 minilliklər) tapılmışdır. Kitabi Dədə Qorqud (8-ci əsr), Nizami, Fizulinin əsərləri orta əsrlər dövrünə məxsus musiqi sənəti, musiqi janrları və alətləri haqqında təsəvvür yaradır.
Musiqi janrları:
Muğam Azərbaycanın ənənəvi musiqi janrlarından biridir. Muğam oxuyan zaman xanəndə, öz emosiyalarını musiqiyə və ifayə çevirməlidir. Bu janr olduqca mürrəkkəb olmaqla onu ifa edən şəxsdən yüksək peşəkarlıq tələb edir. Fikrət Əmirov (1922-1984) ilk Azərbaycan bəstəkarı olub ki, simfonik orkestr üçün muğam yazmışdır.
Bu janr yeddi məqamdan- rast, şur, seygah (xüsusilə çox yayılmışdır), şüştər, bayatı-şiraz, cahargah, humayun və üç ikinci dərəcəli növdən ibarətdir- şahnaz, sərinc, cahargah. 2003-cü ildə UNESCO muğamın zənginliyini, mədəni əhəmiyyətini dəyərləndirərək onu `İnsanlığa Məxsus Şifahi və Dərin Mədəni Mirasın Sənət Əsəri` elan etmişdir.
Caz. Sovet dövrünün qadağalarına baxmayaraq, 1950-ci illərdə Azərbaycanda yeni caz hərəkatı genişlənməyə başlayır. Bu hərəkatın adı “caz muğam” idi. Onun vətəni Bakı, banisi isə Vaqif Mustafazadə idi. O, cazı azərbaycanlı dinləyicilərə doğma muğamımızın dilində çatdırırdı.
1960-cı illərin sonlarında caz Azərbaycanda Qara Qarayev, Niyazi, Tofiq Quliyev, Rauf Hacıyevın dəstəyi ilə ikinci həyatına başlayır.
Opera Azərbaycanda 20-ci əsrin fenomenidir. Azərbaycandakı opera, təbii ki ənənəvi musiqimizin elementlərini özündə əks etdirir.
1908-ci il, 12 yanvar Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası səhnələşdirildi. Azərbaycanlılar fəxr edə bilər ki, bu opera sadəcə Azərbaycanda deyil, bütün müsəlman dünyasında ilk opera idi. Azərbaycan Opera və Balet Teatrı isə 1910-cu ildə tikilir.
Simfoniya. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrı 1920-ci ildə qurulur və bütün Sovetlər İttifaqında ilk orkestrlardan birinə çevrilir.
Simfonik orkestr bəstəkar Üzeyir Hacıbəyovun təklifi ilə qurulduğuna görə, sonradan onun adını daşıdı. Daha sonra o, Azərbaycan Dövlət Filarmoniyasına birləşdirilir.
1938-84- cü illərdə orkestra Hacıbəyovun nəvəsi Niyazi rəhbərlik etmişdir. Onun vəfatından sonra, ona Azərbaycanın Xalq Artisti, Professor Rauf Abdullayev dirijorluq edir.
Xalq mahnıları. Azərbaycan xalqına məxsus ən önəmli musiqi janrlarından biri. Xalq mahnıları azərbaycanlıların saf daxili dünyasını, arzu və gözləntisini özündə əks etdirir. Ən qədim xalq mahnıları sırasında “Çoban Avazı”, “Tutu Nənəm”, “Çiçək Şumla Yeri” və s. var.
Mərasim mahnıları, təsərrüfat mahnıları, lirik mahnılar, epik-tarixi və qəhrəmanlıq mahnıları Azərbaycandakı xalq mahnılarının növləridir.
Rok. Azərbaycan rok qrupu olan “Charley ATL” 1987-ci ildə qurulur və Azərbaycanda proqressiv rok ifa edən ilk qrupa çevrilir. Qrupun banisi Gündüz Bakılıdır.
Tanınmış rok qrupu “Yuxu” isə 1988-ci ildə Sumqayıtda qurulmuşdur. Bu qrup Azərbaycanda rokun kralına çevrilir. Qrupun “Xəzərin Sahilində” musiqisi 1990-cı illərdə Azərbaycanın hit mahnısına çevrilir.
Aşıq. Muğamla yanaşı, Azərbaycanın peşəkar, ənənəvi musiqi janrlarından biri də, aşıq musiqisidir. “Aşu” sözü eşq sözündən gəlir və birinin öz sənətinə sadiqliyi mənasını daşıyr. Termin kimi bu 14-cü əsrdə formalaşmışdır. Aşıq sənəti, hansı ki orta əsrlərdə çox geniş yayılmışdı, inasnlar arasında böyük marağa səbəb olmuşdur.
16-cı əsrdə feodal və xarici işğala qarşı mübarizə aparan milli qəhrəman Koroğluya həsr olunmuş dastan dünyada tanınır.







del.icio.us
Digg