About Us
ANAZ Radio Britaniyada yaşayan və fəaliyyət göstərən bir qrup güneyli və quzeyli azərbaycanlının təşəbbüsü ilə 2009-cu ilin oktyabrında fəaliyyətə başlamışdır. Dünyada ilk online Azərbaycan radiosu olan ANAZ Radionun məqsədi, Azərbaycan musiqisi və kültürünün yayılması və aydınladıcı verilişlərin hazırlanmasıdır. Radioda Azərbaycan xalq, klassik, muğam, pop, caz, rok və başqa musiqiləri səsləndirilir, uşaq verilişləri, bilim, ictimi, siyasi, alanlarda müzakirələr aparılır, çeşidli verilişlər hazırlanır və yayımlanır.
Bu radio heç bir dövlətdən, siyasi və ya ictimai təşkilatdan asılı olmayaraq tam bağımsız fəaliyyət göstərir.
Radionu dünyanın istənilən bölgəsində dinləmək mümkündür. Sadəcə internet bağlantınzın olması yetər. Web sitəni daha yüksək performansla istifadə etmək üçün isə Firefox –dan giriş edərək Java skriptinin də bilgisayarınızda olmasından əmin olun. Radionu dinləmək üçün dörd seçənək verilmişdir. Bilgisayarınızda bu pleyerlərdən (winamp, windows media player, real player, quick time) hər hansı biri varsa, eyni linkə basmaqla dinləyə bilərsiniz.
